Məxfilik Siyasəti
Son yeniləmə tarixi: Oktyabr 2025-ci il
Bu Məxfilik Siyasəti Devatis Məhdud Məsuliyyətli Cəmiyyəti (“Biz”, “Devatis”) tərəfindən idarə olunan www.devatis.az (“Vebsayt”) istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızın toplanması, istifadəsi, qorunması və açıqlanması qaydalarını müəyyən edir. Siyasətin məqsədi, sizin şəxsi məlumatlarınızın emalı və qorunması sahəsində Devatis-in qanunvericilik tələblərinə tam riayət etməsini və sizin hüquqlarınızın müdafiəsini təmin etməkdir.
1. Hüquqi əsas
Bu Siyasət, Azərbaycan Respublikasının “Fərdi Məlumatlar Haqqında” Qanunu və Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydasına (GDPR – General Data Protection Regulation (EU) 2016/679) uyğun olaraq hazırlanmışdır.
2. Toplanan məlumatlar
Biz vebsayt vasitəsilə aşağıdakı məlumatları toplaya bilərik:
Ad və soyad
Əlaqə məlumatları (e-poçt ünvanı, telefon nömrəsi)
IP ünvanı və cihazla bağlı identifikasiya məlumatları
Vebsaytdakı fəaliyyət və istifadəçi statistikası (o cümlədən çərəzlər vasitəsilə toplanan məlumatlar)
3. Məlumatların toplanma məqsədləri
Toplanmış şəxsi məlumatlar aşağıdakı məqsədlərlə emal oluna bilər:
a) Sizin müraciətlərinizə cavab vermək və qarşılıqlı əlaqəni təmin etmək
b) Göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq
c) Vebsaytın təhlükəsizliyini, texniki sabitliyini və funksionallığını təmin etmək
d) Fırıldaqçılıq, icazəsiz giriş və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərini həyata keçirmək
4. Razılıq
4.1 Şəxsi məlumatlar yalnız sizin könüllü və razılığınız əsasında toplanır və emal olunur.
4.2 Siz razılığınızı vebsayt üzərində hər hansı şəxsi məlumat təqdim edərkən, o cümlədən çərəzlərin istifadəsinə razılıq verərkən təsdiq etmiş olursunuz.
4.3 Siz istənilən vaxt razılığınızı geri çəkə bilərsiniz.
4.4 Siz öz şəxsi məlumatlarınızı silmək və ya məhv etmək hüququna maliksiniz. Məhv etmə tələbi qanunvericiliklə müəyyən olunmuş hallarda məhdudlaşdırıla bilər.
4.5 Siz şəxsi məlumatlarınızı silmək və ya məhv etmək üçün info@devatis.az ünvanına müraciət edə bilərsiniz.
5. Şəxsi məlumatların saxlanma müddəti
5.1 Sizin şəxsi məlumatlarınız yalnız məlumatların toplanma məqsədinə uyğun olaraq və ya hesabınız bağlanana qədər lazım olan müddət ərzində saxlanılır.
5.2 Saxlanma müddəti və ya hesabınızın fəaliyyəti başa çatdıqdan sonra məlumatlarınız silinməli, anonimləşdirilməli və ya məhv edilməlidir.
6. Məlumatların üçüncü şəxslərlə paylaşılması
Sizin şəxsi məlumatlarınız üçüncü şəxslərə sizin razılığınız olmadan ötürülmür və paylaşılmır.
7. Məlumatların təhlükəsizliyi
7.1 Devatis sizin şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək, həmçinin onların icazəsiz dəyişdirilməsinin, açıqlanmasının, təsadüfi itkisinin və ya qanunsuz emalının qarşısını almaq məqsədilə müvafiq texniki tədbirlər həyata keçirir.
7.2 Məlumatların təhlükəsizliyi müasir informasiya texnologiyaları, şifrələmə üsulları və daxili nəzarət mexanizmləri vasitəsilə təmin olunur.
7.3 Bizimlə əməkdaşlıq edən bütün tərəfdaşlar və əməkdaşlar daxil olmaqla sizin şəxsi məlumatlarınızın qorunması qaydalarına ciddi şəkildə riayət etməyə borcludur.
7.4 Əgər şəxsi məlumatlarınızla bağlı hər hansı təhlükəsizlik pozuntusu və ya sızma baş verərsə, Devatis dərhal tədbirlər görür və həmin pozuntuları və ya sızmasını aradan qaldırmaq üçün lazımi addımlar atır.
8. Çərəzlər (Cookies)
8.1 Vebsaytımızdan istifadə etdiyiniz zaman və çərəzlərin istifadəsinə razılıq verdiyiniz halda, biz çərəzlər və ya oxşar texnologiyaları cihazınıza yerləşdiririk. Bu, saytımızdan necə istifadə etdiyinizi anlamaq və xidmət keyfiyyətini artırmaq məqsədini daşıyır.
8.2 Siz istənilən vaxt çərəzlərin istifadəsinə verdiyiniz razılığı geri çəkə və ya dəyişdirə bilərsiniz. Əgər çərəzləri qəbul etmək istəmirsinizsə, brauzerinizin parametrlərindən çərəzləri qəbul etməməyi və ya silməyi seçə bilərsiniz.
8.3 Çərəzlərin deaktiv edilməsi və ya silinməsi bəzi xidmətlərin və sayt funksiyalarının düzgün işləməməsinə səbəb ola bilər.
9. Yaş məhdudiyyəti
Vebsaytımız 18 yaşdan aşağı olan istifadəçilər üçün nəzərdə tutulmayıb. Siz 18 yaşdan aşağı olduğunuz halda, şəxsi məlumatlarınızı valideyn və ya qanuni nümayəndənizin razılığı olmadan təqdim edə bilməzsiniz.
10. Hüquqlarınız
Siz aşağıdakı hüquqlara maliksiniz:
Özünüz barədə toplanmış şəxsi məlumatların mövcudluğu və həmin məlumatların kim tərəfindən idarə olunduğu barədə məlumat almaq;
Məlumatların istifadə məqsədi haqqında məlumat almaq;
Məlumatların düzəldilməsini və silinməsini tələb etmək;
Məlumatların emalına etiraz etmək;
Şəxsi məlumatlarınızın mühafizəsinin təmin olunmasını tələb etmək.
12. Siyasətin dəyişdirilməsi
Bu Siyasət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istənilən vaxt yenilənə bilər. Dəyişikliklər barədə sizə Vebsaytda bildiriş və ya elektron poçt vasitəsilə məlumat veriləqək.
13. Əlaqə
Şəxsi məlumatlarınızın qorunması ilə bağlı suallarınız, tövsiyə və ya şikayət bildirmək istədiyiniz halda, bizə info@devatis.az vasitəsilə müraciət edə bilərsiniz.
Şirkət: Devatis MMC
E-mail: info@devatis.az