İstifadə Şərtləri
Son yeniləmə tarixi: Oktyabr 2025-ci il

1. Giriş
Bu İstifadə Şərtləri (“Şərtlər”) sizin məlumatlarınızı “Devatis” Məhdud Məsuliyyətli Cəmiyyəti ("Biz", "Devatis") tərəfindən idarə olunan www.devatis.az rəsmi vebsaytından (“Vebsayt”) istifadə qaydalarını müəyyən edir. Vebsayta daxil olmaqla və ya ondan istifadə etməklə, siz bu Şərtlərlə razılaşdığınızı təsdiq etmiş olursunuz. Şərtlərlə razı olmadığınız halda, Vebsaytdan istifadəni dayandırmağınız tövsiyə edirik.

2. Hüquqi əsas
Bu Şərtlər, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, o cümlədən “Elektron ticarət haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında”, “Fərdi məlumatlar haqqında” Qanunlara uyğun olaraq hazırlanmışdır.

3. Vebsaytdan istifadə qaydaları
3.1 Vebsayt yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün nəzərdə tutulub.
3.2 Vebsaytda yerləşdirilmiş məlumatların, mətnlərin, şəkillərin, loqoların və digər materialların surətinin çıxarılması, yayılması, dəyişdirilməsi və ya hər hansı formada istifadəsi yalnız Devatis-in əvvəlcədən yazılı razılığı ilə mümkündür.
3.3 Vebsaytın təhlükəsizliyini pozmaq, sistemə icazəsiz daxil olmaq, məlumatları dəyişdirmək və ya zərərli proqram təminatı yerləşdirmək qəti qadağandır.
3.4 Devatis bu Şərtlərin pozulması halında istifadəçinin Vebsayta girişini məhdudlaşdırmaq və qanuni tədbirlər görmək hüququna malikdir.

4. Reklam və məlumat məzmunu
4.1 Vebsaytda təqdim edilən bütün məlumatlar yalnız informasiya xarakterlidir və heç bir halda müalicə, diaqnostika, tibbi və ya digər peşəkar məsləhət kimi qəbul edilə bilməz. Hər hansı qərar qəbul etməzdən əvvəl həkimlə yaxud müvafiq sahə üzrə ixtisaslı mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.
4.2 Resept olmadan buraxılan dərman vasitələrinin istifadəsi əlavə təsirlərlə müşayiət oluna biləcəyi halda, Vebsaytda bu barədə xəbərdarlıq edilir və həkim və ya müvafiq mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunur.
4.3 Devatis təqdim etdiyi məhsulların istifadəsi ilə bağlı yalnız müvafiq icazə verilmiş və reseptsiz buraxılan dərman vasitələri haqqında məlumat yayımlayır.

5. Məlumatların toplanması və qorunması
Vebsaytdan istifadə zamanı təqdim etdiyiniz şəxsi məlumatlar Devatis tərəfindən Məxfilik Siyasəti uyğun olaraq toplanır, emal edilir və qorunur.
Ətraflı məlumat üçün www.devatis.az/huquqi/mexfilik-siyaseti səhifəsinə keçid edə bilərsiniz.

6. Zəmanətlərdən imtina
6.1 Devatis Vebsaytdakı məlumatların düzgünlüyü, tamlığını, dəqiqliyi, əlçatanlığı və ya aktual olmasına dair heç bir təminat və zəmanət vermir. Siz bu Şərtləri qəbul etdiyiniz andan Devatis təqdim etdiyi məlumatların düzgünlüyünü təsdiq etmiş olursunuz və buna razılıq verirsiniz.
6.2 Devatis Vebsaytın fasiləsiz, xətasız və ya zərərli proqram təminatlardan, o cümlədən viruslardan azad işləyəcəyinə zəmanət vermir.

7. Hüquqi məsuliyyətin məhdudlaşdırılması
Devatis, Vebsaytda təqdim olunan məlumatların istifadəsi və ya istifadə edilməməsi nəticəsində yarana biləcək birbaşa və ya dolayı zərərlərə görə, o cümlədən əldən çıxmış faydaya, itkilərə görə məsuliyyət daşımır.

8. Əqli mülkiyyət hüquqları
Vebsaytda yerləşdirilən bütün məzmun, o cümlədən mətnlər, əmtəə nişanları, ticarət nişanları, şəkillər, loqolar, dizayn elementləri, videolar, proqram təminatı və digər materiallar Devatis-ə və ya onun hüquqi tərəfdaşlarına məxsusdur və əqli mülkiyyət hüquqları ilə qorunur. Onların icazəsiz istifadəsi, kopyalanması, dəyişdirilməsi, kommersiya məqsədilə istifadəsi və yayılması qadağandır.

9. Xarici keçidlər
Vebsaytda digər saytlara keçidlər təqdim oluna bilər. Bu keçidlər yalnız sizin rahatlığınız üçün nəzərdə tutulmuşdur və Devatis həmin saytların məzmununa, etibarlılığına və təhlükəsizliyinə görə məsuliyyət daşımır.

10. Yaş məhdudiyyəti
Vebsaytımız 18 yaşdan aşağı olan şəxslər üçün nəzərdə tutulmayıb. Siz 18 yaşdan aşağı olduğunuz halda, Əgər siz 18 yaşından kiçiksinizsə, saytdan istifadə etməməyiniz xahiş olunur.

11. Fors-major
Təbii fəlakətlər, texniki nasazlıqlar, dövlət qərarları və ya Devatis-dən asılı olmayan digər hallar nəticəsində Vebsaytın fəaliyyətində yaranan fasilələrə görə Devatis məsuliyyət daşımır.

12. Şərtlərin dəyişdirilməsi
Devatis bu Şərtləri istənilən vaxt dəyişmək hüququnu özündə saxlayır. Dəyişikliklər Vebsaytda dərc edildiyi tarixdən etibarən qüvvəyə minir.

13. Əlaqə
Şərtlər və Vebsaytla ilə bağlı suallarınız, tövsiyə və ya şikayət bildirmək istədiyiniz halda, bizə info@devatis.az vasitəsilə müraciət edə bilərsiniz.

Devatis MMC
info@devatis.az